Bakı. Trend:
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) 8 ədəd kiçik su elektrik stansiyasının (KSES) tikintisi layihəsi çərçivəsində spiral tikişli polad borular alır.
Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, ASC artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Belə ki, qurum sözügedən boruların daşınaraq satınalınması üzrə “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 55,8 milyon manat ödənilib.
“Azertexnolayn” MMC 2012-ci ildə "Hidro Makina" MMC adı altında dövlət qeydiyyatına alınıb. Şirkət 2013-cü ildən isə indiki adını alıb. Nizamnamə kapitalı 125 700 000 manat olan MMC-nin qanuni təmsilçisi İzzətli Vüqar Məmməd oğludur.
