...

"Astara" elektrik stansiyasında indiyədək istehsal edilmiş enerjinin həcmi açıqlandı

Energetika Materials 3 Fevral 2026 13:09 (UTC +04:00)
"Astara" elektrik stansiyasında indiyədək istehsal edilmiş enerjinin həcmi açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Astara" modul tipli elektrik stansiyasında indiyədək 2 milyard kilovatt-saat elektrik enerjisi istehsal olunub.

Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Stansiya 20 il əvvəl - 2006-cı il fevralın 3-də Astara rayonunun Ərcivan kəndində istismara verilib.

Ümumi gücü 87 MVt olan stansiya hər biri 8,7 MVt gücündə 10 ədəd qaz porşen aqreqatından ibarətdir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə Azərbaycanda 26,896 milyard kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib. Bu göstərici 2024-cü illə müqayisədə 168 milyon kVt/saat və ya 0,6% çoxdur.

Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 26 milyard kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 158,6 milyon kVt/saat və ya 0,6% artım deməkdir.

Ümumilikdə, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ildə 3,485 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Eyni zamanda hesabat ilində ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 654,8 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti