...

NEFT SEKTORUNDA ORTA AYLIQ ƏMƏK HAQQI SƏNAYE KOMPLEKSİNİN DİGƏR SEKTORDLARINDA ÇALIŞAN İŞÇİLƏRİN ƏMƏK HAQQINDAN 2,2 DƏFƏ ÇOXDUR

Energetika Materials 14 İyul 2005 13:56 (UTC +04:00)

Neft sahəsində çalışan işçilərin orta aylıq əmək haqqı iqtisadiyyatın sənaye kompleksinin digər sektorlarında çalışan işçilərinin orta aylıq əmək haqqından 2,2 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən Trend agentliyinə verilən məlumata görə, bu sektorun işçisinin orta aylıq əmək haqqı 2004-cü ilin yanvar-may ayları ilə müqayisədə 2005-ci iln yanvar-may aylarında 35% artımla 11,3 mln manat təşkil edib. İstehsalat sahəsində orta aylıq əmək haqqı metallurgiya, sement istehsalı, nəqliyyat avadanlığı istehsalı sahələrinin, neft emalı müəssisələrini payına düşür.

Elektrik enerjisi, qaz və su təminatı sahəsində çalışan işçilərin sayı 35,1 min nəfər olmaqla onların orta aylıq əmək haqqı 29,1% artımla 528,3 min manat təşkil edib.

Müvəqqəti iş yerlərində çalışan işçilərin orta aylıq nominal əmək haqqı keçən ilin analoji dövrü ilə müqayisədə 10% artmaqla 1 008 min manat təşkil edib.

Cari ilin yanvar-may aylarında sənaye sahəsində çalışan işçilərin sayı keçən ilin analoji dövrü ilə müqayisədə 3,6% artmaqla 151,9 min nəfərə çatıb. Qeyri-dövlət sektorunda artım 15,2% olmaqla işçilərin sayı 48 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsində bunu regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının yerinə yetirilməsi ilə izah ediblər. Bu proqram çərçivəsində yeni iş yerlərinin açılması nəzərdə tutulub. Yeni iş yerləri daha çox toxuculuq və tikiş, dəri və dəri məmulatlarının istehsalı, ayaqqabı istehsalı, sellüloz kağız sənayesi, nəşriyyat işi və qeyri-metal mineral istehsalı sahələrində açılıb.

Xəbər lenti

Xəbər lenti