...

BVF SUBSİDİYALARIN UCUZ ENERJİ TARİFLƏRİ ŞƏKLİNDƏ MƏQSƏDYÖNLÜ OLMAMASI BARƏDƏ FİKRİNƏ TƏRƏFDAR OLMAQDA DAVAM EDİR

Energetika Materials 23 İyul 2005 14:11 (UTC +04:00)

Beynəlxalq valyuta fondu (BVF) subsidiyaların enerji ehtiyatlarında aşağı tariflər şəklində məqsədyönlü olmaması barədə fikrinə tərəfdar olmaqda davam edir.BVF-nin sərəncamçı direktorunun müavini Aqustin Karstens Trend agentliyinə bildirib ki, enerji ehtiyatlarının hökumət tərəfindən "düzgün" qiymətə satılması daha məqsədəuyğun olardı.

Bununla yardım göstərilməsi büdcədən sosial yardımın ayrılması vasitəsitlə həyata keçirilə bilərdi, nəinki maddi yardım verilməsi.A.Karstensin fikrincə, qiymətlərin artım prosesini dəyişdirir.

Qeyd edək ki, enerji ehtiyatlarında tariflərin sonuncu artımı 2004-cü il noyabrın 1-də baş verib.Öz növbəsində BVF eneji ehtiyatlarında daxili qiymətləri dünya göstəricilərinədək çatdırmağı Azərbaycana tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti