...

AZERNEFTYAG NEFT EMALI AZERKIMYA DÖVLƏT ŞİRKƏTİNƏ 30 MİN TONA YAXIN NAFTA VERƏCƏK

Energetika Materials 29 İyul 2005 16:34 (UTC +04:00)

ARDNŞ-in tərkibinə daxil olan və neft məhsullarının sərbəst ixracatçısı olan Bakı Azerneftyag Neft Emalı Zavodu avqust ayında Azərkimya Dövlət Şirkətinə verilən naftanın iyul ayındakı səviyyədə saxlamaq niyyətindədir. Bu barədə Trend ə Azerneftyag-dan məlumat veriblər.

Plana görə Azərneftyag NEZ iyul ayında Azərkimya ya 28 min ton nafta verməli idi. Analoji vəziyyət iyun ayında da yaranıb. O zaman Nazirlər Kabineti Azərneftyaga bu neft məzhsulunu emal etmək əvəzinə kimya sənayesinin ehtiyacların ödəmək üçün bütün naftanı "Heydər Əliyev adına" NEZ-na verilməsi barədə göstəriş vermişdi.

Azerkimya DŞ ARDNŞ-dən naftanın bir tonunu 842200 manatdan (172 dollar) alır. Lakin "Heydər Əliyev adına" NEZ-da əlavə nafta emal olunarsa, onda Dövlət Neft Şirkəti bir tonu 400-450 dollara satılan avtomobil benzini alır.

2005-ci ildə Azerneftyag Azərbaycanın daxili bazarında istehsal olunan naftanın 310 min tonunu bölüşdürmək niyyətindədir. Həmin həcmdən 250 min ton bu neft məhsulundan öz qurğuları üçün yanacaq kimi istifadə edən Azerkimyaya, yerdə qalan 60 min ton isə "Heydər Əliyev adına" (keçmiş Azərneftyanacag ) NEZ-na avtomobil benzininin alınması məqsədilə əlavə emal üçün göndərilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti