...

GÜRCÜSTANIN "YAŞIL ALTERNATİV" QHT BAKI-TBİLİSİ- CEYHAN NEFT BORU KƏMƏRİNİN TİKİNTİSİ MONİTORİNQİ ÜZRƏ HESABAT TƏQDİM EDİB

Energetika Materials 30 İyul 2005 12:32 (UTC +04:00)

(İA "Novosti - Qruziya") - Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi monitorinqi üzrə ""Bakı-Tbilisi-Ceyhan neft boru kəməri" yoxsulluğun artırılmasında beynəlxalq maliyyə institutları üçün reseptdir" adlı hesabat Gürcüstanın "Yaşıl Alternativ" qeyri-hökumət təşkilatı (QHT) tərəfindən ictimaiyyətə və jurnalistlərə təqdim edilib.

Təqdim edilmiş hesabat araşdırılma üçün sərmayəçi şirkətlərin öhdəliklərinin yerinə yetirilməsinin təminatı üçün aktiv vasitə olan Dünya bankına və Avropa yenidənqurma və inkişaf bankına veriləcək.

"Yaşıl alternativ" QHT-nin prezidenti Manana Koçladze bildirib ki, hesabata həm Gürcüstan, həm də beynəlxalq hökumət təşkilatları tərəfindən neft boru kəmərinin tikintisi zamanı aşkar edilmiş bütün pozuntular daxil edilib.Hesabatda xüsusilə neft boru kəmərinin yaxınlığında yerləşən kəndlərin sakinlərinə dəymiş ziyan faktları göstərilir.

QHT nümayəndəsinin sözlərinə görə, əsasən ziyan ağır tikinti texnikasının daim kənddən keçirilərək aparılması nəticəsində dəyib ki, bunun da nəticəsində bir çox evlərə ciddi zərər toxunub.Yerli əhalinin vurulmuş ziyana görə müavinət ödənməsi barədə ayrı-ayrı müraciətlərinə baxmayaraq boru kəmərinin tikintisini aparan şirkətlər tələblərə etinasız yanaşır.

Manana Koçladze həmin şikayətlərə baxılması üçün tərkibinə yerli hakimiyyət orqanları, QHT və sərmayəçi şirkət nümayəndələrinin qatıldığı xüsusi komissiyanın yaradılması barədə təklif irəli sürüb.Bununla komissiyanın fəaliyyətinin maliyyələşdirilməsini üçüncü tərəf, məsələn Dünya bankı həyata keçirməlidir. QHT nümayəndəsi hesab edir ki, bu, əhalinin şikayətlərinə daha obyektiv baxılmasına imkan verər.

Manana Koçladze həm də qeyd edib ki, layihənin sərmayəçiləri neft boru kəmərinin tikintisində təbiəti mühafizəyə dair icazənin bir neçə bəndi üzrə öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir.Xüsusilə bu, həm Borjomidəki sahəyə, həm də tullantılardan istifadə probleminə aiddir.Təşkilat rəhbərinin fikrincə, bunun əvəzinə sərmayəçi şirkətlər Gürcüstan hökumətinə büdcəyə köçürülmək üçün qrantlar təklif edir.

Xəbər lenti

Xəbər lenti