...

RUSİYADAN AZƏRBAYCANA QAZ TƏDARÜKÜ BƏRPA EDİLİB

Energetika Materials 30 İyul 2005 13:02 (UTC +04:00)

İyulun 29-dan 30-na keçən gecə "Qazeksport" MMC ("Qazprom" ASC-nin törəmə strukturu) Azərbaycana qaz tədarükünü bərpa edib.Bu barədə "Tpend" agentliyinə Azəriqaz QSC-də bildirilib. Mozdok-QazıMəmməd qaz kəmərinin Dağıstan ərazisində təmiri iyulun 29-da tam başa çatdırılıb.Hazırda boru kəmərinə qaz vurulur.

Azəriqaz QSC nümayəndəsinin sözlərinə görə, hazırda qaz aşağı təzyiqlə verilir. "Təzyiq normallaşdırıldıqdan sonra tədarük olunan qazın həcmi əvvəlki səviyyəyədək artırılacaq" - deyə QSC_də bildirilib.

İdxal olunan qazın orta həcmi sutkada 14 mln. m3-dək təşkil edir.Cari ildə ARDNŞ "Qazeksport" dan 6 mlrd. m3 qaz almağı planlaşdırır.Təbii qaz ölkəyə Şirvanovka-QazıMəmməd boru kəməri ilə verilir.

Xəbər lenti

Xəbər lenti