...

SIEMENS AZƏRBAYCANDA 260 MİLYON AVROYA ELEKTRİK STANSİYASI TİKƏCƏK

Energetika Materials 9 Avqust 2005 16:53 (UTC +04:00)

(Röyter) - Almaniyanın Siemens konserni Azərbaycanda elektrik stansiyasının tikintisi üzrə müqavilə imzalayıb. Bu, Siemens-in MDB-də həyata keçirəcəyi ilk belə layihədir. Sövdələşmənin dəyəri təxminən 260 milyon avro (322 milyon dollar) qiymətləndirilir.

Siemens -in yarımbölməsi olan Power Generation çərşənbə axşamı məlumat verib ki, gücü 500 meqavatt olacaq elektrik stansiyası artıq Xəzərdə mövcud olan və Bakıdan 30 km şimal-qərbdə yerləşən elektrik stansiyasının yerində tikiləcək. Obyekt 2007-ci ilin payızında istismara veriləcək.

"Bu iri sifarişin hesabına Power Generation Xəzər dənizinin dinamik inkişaf etməkdə olan neft hasil olunan regionlarında möhkəmlənə biləcək ", - deyə Siemens-in bəyanatında bildirilir.

Xəbər lenti

Xəbər lenti