...

DÖVLƏT NEFT ŞİRKƏTİ "GÜNƏŞLİ"DƏN 3 İLDƏ 2,5 MİLYARD KUBMETR QAZ HASİL EDƏ BİLƏR

Energetika Materials 7 Sentyabr 2005 14:11 (UTC +04:00)

ARDNŞ belə hesab edir ki, "Cünəşli" yatağının dayazsulu hissəsində qaz hasilatını artırmaq barədə proqram çərçivəsində 3 il ərzində 2,5 milyrd. kubmetr qaz hasil etmək olar. Bu barədə Trend ə Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi ARDNŞ-in şəxsi vəsaiti hesabına aparılır. "Layihənin reallaşdırılmasına cari ildən başlanılıb və hazırda hazırlıq işləri gedir. Quyuların qazılması 2007-ci il üçün inəzərdə tutulub ", - deyə o qeyd edib.

Proqram çərçivəsində "Günəşli"də müəyyən edilmiş 13 saylı platfomada 5 yeni quyunun qazılması nəzərdə tutulub. Eyni zamanda, 11 saylı platformanın genişləndirilməsi də nəzərdə tutulub. Platformanın genişləndirilməsinin 2006-cı ilin əvvəllərində başa çatdırılması planlaşdırılır. Bundan əvvəl ARDNŞ-dən bildirilib ki, layihənin reallaşdırılması 12 milyard manata (2,5 miyln. dollara) başa gələcək. Hazırda Zığda (Bakı ətrafında) sovet dövründə qurulan "Çıraq" platformasının özüllərinin bərpa olunması işləri aparılır. 11 saylı platformanın genişləndirilməsi üzrə də işlər aparılır. Tikinti işləri başa çatdıqdan sonra özül barjalara yüklənəcək və dənizdə müəyyən olunmuş yerə aparacaq. Bu hadisənin ilin sonuna kimi başa çatdırılması planlaşdırılıb.

"Günəşli"nin dayaz sulu hissəsinin işlənməsi 1980-ci ildən həyata keçirilir. O, Abşeron yarımadasının cənub-şərqində yerləşir və Azərbaycan neft hasilatının 65% -ə qədərinivə ölkənin dənizdə neft hasilatının 83% -i təşkil edir. Sahənin neft ehtiyatı 94-130 milyn. ton neftdən ibarət olduğu ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti