...

OKTYABRDA EİTİ TƏŞƏBBÜSÜNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLƏCƏK

Energetika Materials 12 Sentyabr 2005 14:00 (UTC +04:00)

Cari ilin payızında Bakıda mədən sənayesində şəffaflıq təşəbbüsü çərçivəsində regional konfrans keçiriləcək. EİTİ təşəbbüsü çərçivəsində yaradılmış hökumət komissiyasından Trend ə verilən məlumata görə, konfransın cari ilin oktyabrında keçiriləcəyi planlaşdırılır.

Konfransın keçirilməsində məqsəd region ölkələrini Azərbaycanda bu təşəbbüsün həyata keçirilmə təcrübəsi ilə tanış etməkdir. Konfransda EİTİ-nin reallaşdırılması ilə məşğul olan yerli strukturlar, həmçinin, xarici ölkə strukturlarının nümayəndələri, xüsusilə, Azərbaycanın bu təcrübəsini mənimsəməyi planlaşdıran Qazaxıstan nümayəndələrinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti