...

SOL OKTYABRDA BAKIDA ƏMƏLİYYAT ŞİRKƏTİ SƏRMAYƏÇİLƏRİN İCLASINI KEÇİRƏCƏK

Energetika Materials 23 Sentyabr 2005 15:28 (UTC +04:00)

Salyan Oil Limited (SOL) Əməliyyat Şirkəti (ƏŞ) oktyabrda Bakıda şirkətin sərmayəçilərinin iclasını keçirəcək.Həmin iclasda ƏŞ-nin 2006-cı ildə "Kürsəngi-Qarabağlı" müqavilə sahəsində görüləcək işləri məsələsi müzakirə ediləcək.Layihədə iştirak edən ARDNŞ-də Trend ə bildirilib ki, səomayəçilərin görüşündə xüsusilə Salyan Oil şirkətinin 2006-cı ildə büdcə məsələsi və gələn il qazması nəzərdə tutulan quyuların sayı müzakirə ediləcək.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, Salyan Oil "Kürsəngi-Qarabağlı"da İş Proqramının işlənib-hazırlanmasını 2005-ci ilin noyabrında başa çatdırmağı planlaşdırır.

Cari ildə Salyan Oil "Kürsəngi-Qarabağlı"nın kəşfiyyat və işlənib-hazırlanması layihəsinə nəzərdə tutulan $47 mln.-dan $35 mln. sərf edib.

ARDNŞ nümayəndəsi qeyd edib ki, hazırda müqavilə sahəsində iki quyu qazılır: sonuncu icbari kəşfiyyat və istismar quyuları. "Salyan Oil şirkətinin podratçısı kəşfiyyat quyusunun qazmasını 50% başa çatdırıb ilkin mərhələdə suvurucu olan istismar quyusunun qazmasını də demək olar ki, başa çatdırıb" -deyə ARDNŞ-də bildirilib.Kəşfiyyat quyusunun layihə dərinliyi 4400 metr, istismar quyusu isə 3500 metr təşkil edir.

ARDNŞ nümayəndəsi həm də qeyd edib ki, bu il Salyan Oil öz müqavilə ərazisində yəqin ki, digər hər hansı bir quyunun qazmasını başa çatdıra bilməz."İlin sonuna çox az vaxt qalır, cari quyularda isə görülməli işlər çoxdur" -deyə o bildirib. Salyan Oil şirkətinin qazma podratçısı Çinin Great Wall Drilling şirkətidir.

"Kürsəngi-Qarabağlı" yatağının geoloji ehtiyatları 100 mln ton neft, neft hasilatı əmsalı isə 0,2-0,3 təşkil edir.Blokun hasil edilən ehtiyatları potensial olaraq 25 mln. ton xammal təşkil edir.Bununla yataq hazırda yalnız 20% işlənib. Salyan Oil quyular Fondu 2005-ci il avqustun 1-də 242 quyu ilə əhatə edilmişdi.

Xəbər lenti

Xəbər lenti