Yanvar-avqust aylarında AR DNŞ-in "Azneft" İB-in balansına daxil olan neft-qaz çıxarma idarələri tərəfindən 5 208 476 ton neft hasil edilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 0,3% azdır. Bu barədə Trend ə AR DNŞ-dən bildirilib. Planla müqayisədə üstəlik hasilat 66216 ton (1,3%-dən artıq) təşkil edib.
AR DNŞ-in məlumatına görə, avqustda NQÇİ 658496 ton neft hasil edib ki, bu da iyul göstəricisindən 3098 ton çoxdur. "28 May" NQÇİ 453,532 min ton, "Neft Daşları" - 69,745 min ton, "N.Nərimanov adına" NQÇİ - 22,645 min ton, "Balaxanıneft" - 21,735 min ton, "Qum adası" - 14,164 min ton, "Abşeronneft" - 14,190 min ton, "Bibiheybətneft" - 10,931 min ton, "Binəqədineft" - 7,483 min ton, "Suraxanıneft" - 19,872 min ton, "Əmirov adına" NQÇİ - 7,421 min ton, "Bulla Dəniz" - 5,477 min ton, "Tağıyev adına" NQÇİ - 5,540 min ton, "Siyəzənneft" - 3,201 min ton, "Muradxanlı" - 2,560 min ton neft hasil edib.
2005-ci ilin yanvar-avqust aylarında AR DNŞ NQÇİ-nin neft hasilaatı üzrə ümumi cədvəli aşağıdakı kimidir:
AR DNŞ NQÇİ DNŞ NQÇİ |
yanvar-avqust 2005 (ton) |
2004-cü ilin yanvar-avqust aylarına olan % nisbəti cü ilin yanvar-avqust aylarına olan % nisbəti |
28 May |
3671454 |
98,5 |
Neft Daşları aşları |
546896 |
99,9 |
N.Nərimanov |
198175 |
107,5 |
Balaxanıneft alaxanıneft |
143947 |
101,8 |
Qum Adası dası |
110845 |
102 |
Abşeronneft bşeronneft |
110718 |
101,2 |
Bibiheybətneft |
86865 |
100,1 |
Binəqədineft |
58828 |
84,1 |
Suraxanıneft uraxanıneft |
88591 |
124,5 |
Əmirov adına adına |
56581 |
96,7 |
Bulla Dəniz |
44041 |
102,9 |
Tağıyev adına ağıyev adına |
41964 |
100,4 |
Siyəzənneft |
29151 |
89,4 |
Muradxanlı uradxanlı |
20420 |
100,7 |