...

AZƏRENERJI SC AZƏRBAYCANDA ELEKTRİK ENERJİSİNİN HAZIRKI TARİFLƏRİNİN SƏVİYYƏSİNDƏN NARAZIDIR

Energetika Materials 30 Sentyabr 2005 18:26 (UTC +04:00)

Azərenerji SC Azərbaycanda elektrik enerjisinin hazırkı tariflərinin səviyyəsində narazıdır. Trend bildirir ki, sentyabrın 30-da Azərenerji SC-nin prezidenti Etibar Pirverdiyev bu barədə bəyan edib.

Onun sözlərinə görə, 1 kVt/s elektrik enerjisinin maya dəyəri şərti yanacağın (mazut və qaz) dəyərindən asılı olaraq 120 manat təşkil edir, belə ki, maya dəyəri strukturunun 80%-ni yanacağın qiyməti təşkil edir. "Amma elektrik enerjisi Barmek və "Bayva" enerjipaylayıcı şirkətləri tərəfindən 71 manata satılır.Buna görə də tariflərə yenidən baxılmalıdır" -deyə E.Pirverdiyev qeyd edib.

Azərenerji SC-nin prezidenti həm də tariflərin istehlakçıların kateqoriyasından asılı olaraq tətbiq edilməsini vacib hesab edir. "Həmçinin 110 kV və 10 kV elektrik enerjisi alan istehlakçılar qrupunu fərqləndirmək lazımdır, belə ki, ikincidə texniki itkilər daha yüksəkdir" -deyə o bildirib.E.Pirvediyev qeyd edib ki, SC tariflərə yenidən baxılması üçün artıq Nazirlər Kabinetinə müraciət edib.

Hazırda əhali elektrik enerjisinin 1 kVt/s üçün 96 manat ödəyir, dövlət müəssisələri üçün tarif 153,4 manat təşkil edir. Kommersiya strukturları üçün bu, 295 manata - 1 kVt/s (bütün qiymətlər ƏDV nəzərə alınmaqla göstərilir) başa gəlir.

Xəbər lenti

Xəbər lenti