...

Astara MES-nin tikintisi üçün ilk iri avadanlıq partiyası Finlandiyadan Bakıya gətirilib

Energetika Materials 25 Oktyabr 2005 18:40 (UTC +04:00)

Astara modul elektrik stansiyasının (MES) tikintisi üçün ilk iri avadanlıq partiyası Finlandiyadan Bakıya gətirilib. Trend bildirir ki, bu barədə Azərenerji SC mətbuat xidmətinin oktyabrın 25-də yaydığı press relizdə deyilir. 36 konteynerdə Astarada yığılacaq modul üçün detallar və əsas komplekt avadanlıq vardır.Bununla yanaşı, gəminin ambarında çoxtonlu generatorlar vardır ki, yaxın günlərdə H.Əliyev adına dərin sulu özüllər zavodunun xüsusi körpülərində yüklənəcək.

Astara MES-nin direktoru İsmayıl Mehdiyevin sözlərinə görə, elektrik stansiyasında və ona yaxın yarımstansiyalarda işlər təsdiq olunmuş qrafikə müvafiq aparılır ki, ilin sonunadək enerji obyekti istismara hazır olsun.

10 moduldan ibarət 8,7 MVt Astara MES Azərenerji SC-nin 2005-2006-cı illərdə istismara vermək niyyətində olduğu 52 stansiyadan birincisidir.

Xəbər lenti

Xəbər lenti