...

ARDNŞ iri dəniz yatağında yeni platforma inşa etmək niyyətindədir

Energetika Materials 12 Dekabr 2005 18:11 (UTC +04:00)

ARDNŞ ən iri neft hasilatı yataqlarından bir olan "Neftğ Daşları"nda yeni platforma inşa etmək niyyətindədir. Bu barədə Trend ə ARDNŞ-də bildirilib.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, hazırda 2387 saylı platformanın layihələşdirilməsi aparılır. "Artıq "Neft Daşları" NQÇİ-nin sifarişilə Heydər Əliyev adına dərin özüllər zavodunun ərazisində bu platformanın inşası üçün hazırlıq işləri başlayıb. Layihə işləri başa çatdıqdan sonra platformanın gücü müəyən ediləcək" -deyə o qeyd edib.

2387 saylı platformanın 2 blokdan ibarət olacağı və bu platforma ilə 10-a yaxın quyunun qazılacağı ehtimal olunur. Platformanın inşasında zavodun ərazisində olan digər platformaların qalıqlarından da istifadə olunacağı nəzərdə tutulur.

Şirkətin nümayəndəsi qeyd edib ki, indi yeni platformanın yerləşmə yeri müəyyən edilib. "Bu "Neft Daşları" yatağının mərkəzində, yeni 1887-nin yaxınlığında qərar tutacaq. Burada suyun səviyyəsi 25 metr təşkil edir" -deyə ARDNŞ nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti