...

Bakıda 300 abunəçi elektrik enerjisindən istifadə qaydalarını pozub

Energetika Materials 14 Dekabr 2005 18:04 (UTC +04:00)

Bakıda əhali kateqoriyasına daxil olan 300 abunəçi elektrik enerjisindən istifadə qaydalarını pozub. Bu barədə Trend ə Barmek Azərbaycan (Bakı və Sumqayıtın elektrik enerjisi şəbəkələrinin operatoru) şirkətindən məlumat verilib. Əsas pozuntular Nəsimi rayonunda aşkara çıxıb. Müəyyən olunub ki, 239 abunəçi müxtəlif üsullarla sayğacın hesablama kompleksini sındırıb və nəticədə 512 725 kVt/s 49 221 600 manatlıq enerji itib. Yasamal rayonunda 13 abunəçi 6142848 manat məbləğində 63988 kVt/s-lıq, Səbail rayonunda 16 abunəçi 2962580 manatlıq 30680kVt/s-lıq, Binəqədidə 10 abunəçi 1 898 976 manat məbləğində 19781 kVt/s-lıq, Xətaidə 11 abunəçi 2308704 manat məbləğində 24049kVt/s-lıq, Nizami rayonunda 5 abunəçi 1 152 768 manatlıq 12008 kVt/s həcmində enerji oğurlayıb.

Xəbər lenti

Xəbər lenti