...

"İnam" layihəsi üzrə tərəfdaşlar INX-2 quyusunun planlaşdırılmasının ilkin mərhələsini başa çatdırıblar

Energetika Materials 15 Dekabr 2005 14:12 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorundakı "İnam" layihəsi üzrə tərəfdaşlar INX-2 quyusunun planlaşdırılmasının ilkin mərhələsini başa çatdırıblar. Trend in məlumatına görə, burada operator olan BP-nin yaydığı press-relizdə bildirilir ki, "İnam" layihəsi 2006-cı ilin əvvəllərində planlaşdırmanın tamamlayıcı mərhələsinə keçməyə hazırdır.

Sənəddə bildirilir ki, INX-2 quyusunun qazılmasına 2006-cı iliq ikinci yarısında "İstiqlal" qazma qurğusunun köməyi ilə başlanması planlaşdırılıb. Lakin yekun müddət "Şahdəniz"də SDX-4 quyusunda qazma işlərinin nə vaxt başa çatmasından asılıdır.

Azərbaycanın sərhədlərindən kənarda olan layihəyə gəldikdə isə sənəddə bildirilir ki, BP Türkiyədə və Gürcüstanda Amerikanın Unocal (hazırda Chevron-a məxsusdur) şirkətinin Türkiyənin lisenziyüalaşdırılmış 3534 blokundan 25% birbaşa iştirak payının və Gürcüstanın APC-IIA, IIB və III bloklarındakı iştirak payından 10% verilməsilə bağlı danışınqları başa çatdırıb.

Türkiyədə BP dərinsulu 3534 kəşfiyyat blokunun operatorudur və hazırda dərinsulu hövzədə ilk kəşfiyyat quyusu olan Hopa HPX-1 quyusunu qazır və indi burada qazma işləri aparılmır.

Tərəfdaşların iştirak payının verilməsi ilə bağlı danışıqlardan sonra BP (25%), Turkiye Petrolleri A.O (TPAO - 50%), Unocal Turkey (Chevron) (25%) paya malikdir. Operator kimi BP bu ilk quyunu Global Santa Fe (Global Santa Fe, GSF podratçısı) Explorer-in köməyi ilə qazır. HPX-1 quyusunun qazılmasına 1500 metr dərinlikdə iyulun 18-də başlanılıb. Lakin qazmanın nəticələri ilə bağlı əminliyin olmamasına baxmayaraq, HPX-1 bu dərinsulu hövzədə ilk mühüm quyu olacaq.

Xəbər lenti

Xəbər lenti