...

EITI üzrə QHT-nın koalisiyası 2006-2007-ci illər üzrə fəaliyyət planını təsdiqləyib

Energetika Materials 28 Dekabr 2005 14:32 (UTC +04:00)

Bu gün QHT koalisiyası "Hasilat sənayesində şəffaflığın artırılması üzrə" 2005-ci il fəaliyyət planının yekunlarını və 2006-2007-ci illər üçün fəaliyyət planını təqdim edib. Trend in koalisiyanın rəhbərinə istinadən yaydığı məlumata görə, İqtisadi və siyasi tədqiqatlar Mərkəzinin sədri Sabit Bağırov il ərzində QHT koalisiyasının iki ümumi toplantısını və Şuranın 30 iclasını keçirib. Bu tədbirlərdə kolasiyanın problemləri və təklifləri, Beynəlxalq Maliyyə İnstitutlarının bütün dünyada, eləcə də Azərbaycan Respublikasında qəbul edilmiş şəffaflığı kodeksi, neft-qaz hasilatı sənayesinin şəffaflığının yüksəldilməsi istiqamətində tədbirlər nəzərdən keçirilib.

Dekabrın 16-da keçirilən koalisiyanın ümumi yığıncağında ilə yekun vurulub, yeni Şura seçirilb və 2006-cı il üçün fəaliyyət planı təsdiqlənib. Koalisiyanın fəaliyyətinin əsas istiqamətləri Azərbaycanda EITI-nin tətbiqinə vətəndavş cəmiyyətinin cəlb olunmasından ibarətdir. Bu, hökumətdə, hasilat sənayesində çalışan şirkətlərin hesabatlarının axırıncı yoxlanılması üçün auditoriyanın seçilməsində iştirakdan, hesabat fomalarının təkmilləşdirilməsi vasitəsilə həyata keçirilməsi mümkündür.

Koalisiyanın planlarına öz sıralarını genişləndirmək (hazırda koalisiyanın 50 üzvü var),onların biliklərini artırmaq, koalisiyanın texniki təchizatını yaxşılaşdırmaq, regional şəbəkələrin yaradalması perspektivləri, EITI üzrə beynəlxalq konfranslarda iştirak etmək daxildir. Onun planlarına həmçinin, Qazaxıstan, Qırğızıstan və Monqolustan QHT ilə təcrübə mübadiləsi aparmaq da daxildir.

Xəbər lenti

Xəbər lenti