...

AR DNŞ Petrofarm üçün təxminən 10 tanker dizel yanacağı yükləyəcək

Energetika Materials 4 Mart 2006 13:48 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti (AR DNŞ) martda Sinqapurun Petrofarm şirkətinə "Heydər Əliyev" adına NEZ-də (keçmiş Azərneftyanacaq) istehsal olunan L-62 növlü maksimum 45 min ton dizel yanacağı satmağı planlaşdırır.

AR DNŞ-dən Trend ə verilən məlumata görə, neft məhsulu hər birində 4,2-4,3 min ton yanacağın olduğu 10 tanker partiyası ilə yüklənəcək. "Bizim mart ayında İran istiqamətində Petrofarm üçün yükləməyi planlaşdırdığımız 10 tanker partiyası maksimum göstəricidir", - deyə şirkətdən bildirilib.

Bundan başqa AR DNŞ hazırda Fransanın Total şirkəti ilə imzalanmış müqavilə üzrə Batumi istiqamətində L-62 növlü dizel yanacağı yükləyir.

"Biz martda Gürcüstana həftədə 3 min ton dizel yanacağı yükləməyi nəzərdə tuturuq", - deyə AR DNŞ-dən qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti