...

Səbail məhkəməsində PCH Offshore şirkətinin əməkdaşının işi üzrə hazırlıq məhkəmə iclası keçirilib

Energetika Materials 4 Mart 2006 14:36 (UTC +04:00)

Martın 3-də Bakı şəhəri Səbail rayon məhkəməsində PCH Offshore şirkətinin işdən çıxarılmış əməkdaşı Vüsal Cəfərovun işi üzrə hazırlıq məhkəmə iclası keçirilib. Bu barədə Trend ə Azərbaycan neft-qaz sənayesi işçilərinin həmkarlar ittifaqları respublika komitəsinin rəhbəri Cahangir Əliyev məlumat verib.

Vüsal Cəfərovun iddiası üzrə 1-ci dinləmədə hər iki tərəfin ifadələri dinlənilib. PCH Offshore tərəfdən iclasda şirkətin hüquqşünası Mehman Sultanov iştirak edib.

Məhkəmənin qərarı ilə V.Cəfərovun işi üzrə növbəti məhəkmə iclası martın 9-na təyin olunub.

Martın 2-də şirkətin digər əməkdaşı Samir Nəbiyevin işinə baxılıb. Növbəti məhkəmə iclası martın 6-da keçiriləcək.

Hər iki iddiaçının hüquqlarını Bos Shelf şirkətinin hüquqşünası Azər Quliyev müdafiə edib.

Bu işlərin təşəbbüskarı həm də bütün maliyyə məsələlərini həll edən komitədir və növbəti iclaslarda bu komitənin əməkdaşı mütləq iştirak edəcək", - deyə C.Əliyev sonda bildirib.

İddiaçıların əsas tələbi şirkətdə əvvəlki iş yerlərinə bərpa olunmaqdır.

Xəbər lenti

Xəbər lenti