...

BP şirkəti Azərbaycandakı layihələr üzrə yeni İnternet saytı yaradıb

Energetika Materials 24 Mart 2006 17:14 (UTC +04:00)

"Azəri"-"Çıraq"-"Günəşli", "Şahdəniz" hasilatın pay bölgüsü sazişlərinin, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı və Cənubi Qafqaz boru kəməri (CQBK) qaz ixracı boru kəmərlərinin operatoru olan BP adı çəkilən bütün layihələr üzrə yeni internet saytı açıb. Trend in məlumatına görə, BP-nin məlumatında deyilir ki, maraqlı tərəflər bütün bu layihələr, eləcə də layihələrin tikinti mərhələsi ilə bağlı lazımi məlumatları həmin internet saytında tapa bilər.

Saytda məlumatlar ingilis və Azərbaycan dillərində yayımlanacaq. Beləliklə, bu sayt Azərbaycan dilində ən böyük sayt olacaq. 300 səhifədən artıq həcmi olan saytda 10 000 sənəd yerləşdirilib. Saytın dizaynını "Ceyhun İmanov Studiyası" şirkəti həyata keçirib.

Saytın ünvanı belədir: www.bp.com/caspian/. Sayt bundan öncə mövcud olan www.caspiandevelopmentandexport.com. saytını əvəz edir.

Xəbər lenti

Xəbər lenti