...

ABƏŞ "Faza-3" çərçivəsində sualtı manifoldla ilk quyunun qazmasına başlayıb

Energetika Materials 29 Mart 2006 15:20 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Faza-3" çərçivəsində "Günəşli" yatağının dayaz hissəsində qurulmuş sualtı manifoldla ilk sualtı suvurucu quyunun qazmasına başlayıb. ABƏŞ-də Trend ə bildirilib ki, qazma işləri "Dədə Qorqud" qazma qurğusu ilə aparılır və bu, təxminən 50 gün davam edəcək. Bu, platformanın qurulduğu yerin 2 km məsafəsində həyata keçirilir və gələcəkdə bu vasitə ilə Azəri Light neftinin birbaşa hasilatı aparılacaq.

Burada qazma başa çatdıqdan sonra "Dədə Qorqud" qurğusu ikinci suvurucu quyunun qazılması üçün ikinci manifolda yerləşdiriləcək. Cəmi iki sualtı manifoldla onadək sualtı suvurucu quyular qazılacaq.

İyunda platformanın olduğu yerdə (neft hasilatı üçün) "Dədə Qorqud" qurğusu ilə öncəqazma quyularının qazmasının davam etdirilməsi üçün sualtı dib salı quraşdırılacaq.

"Dədə Qorqud" qazma qurğusu ilə CDC MM sualtı dib salı olmadan artıq ilk öncəqazma quyusunun qazmasını başa çatdırıb. "Dədə Qorqud" ilə sal qurulduqdan sonra ikinci öncəqazma quyusunun qazmasına başlancaq.

"Faza-3" çərçivəsində "Günəşli"nin dərinsulu hissəsindən ilk neft hasilatı 2008-ci ilə planlaşdırılıb. İki sualtı manifoldla qazılmış quyulara suyun vurulmasına platformada yerləşən quyularda neft hasilatı ilə eyni vaxtda başlanılması nəzərdə tutulur.

"Günəşli"nin dərinsulu hissəsinin hasil edilmiş ehtiyatları 176 mln. ton yaxud 1,25 mlrd. barel neft təşkil edir.

Xəbər lenti

Xəbər lenti