...

Natiq Əliyev BMT nümayəndələri ilə energetika səmərəliliyi üzrə simpoziumun yekunlarını müzakirə edib

Energetika Materials 31 Mart 2006 13:07 (UTC +04:00)

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev BMT-nin iqtisadi və sosial işlər üzrə departamentinin ardıcıl inkişaf üzrə şöbəsinin direktoru Coanna DiSano və BMT-nin ardıcıl inkişaf üzrə 14-cü sessiyasının sədrinin müavini Cavad Amin Mənsurla görüşüb. Trend in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir.

Görüş zamanı ölkə hökumətinin dəstəyi ilə Azərbaycanın Sənaye və Energetika Nazirliyi və BMT-nin iqtisadiyyat və sosial işlər departamenti tərəfindən təşkil olunan energetika səmərəliliyi və ardıcıl inkişaf üzrə Bakı simpoziumunun yekunları müzakirə edilib.

Keçirilən görüş zamanı energetika səmərəliliyinin ölkənin ardıcıl inkişafında mühüm rol oynadığı qeyd olunub. Həmçinin, energetika səmərəliliyinin yoxsulluğun səviyyəsinin aşağı salınmasında, əmək təminatı üzrə imkanların artırılmasında, əhalinin sağlamlığının yaxşılaşdırılmasında və digər sahələrdə enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynadığı bildirilib.

Xəbər lenti

Xəbər lenti