...

Martda Naxçıvan MR-ə 110 mln kVt elektrik enerjisi tədarük olunub

Energetika Materials 6 Aprel 2006 12:28 (UTC +04:00)

Martda Naxçıvan Muxtar Respublikasının enerji sisteminə 110 mln kVt-dən çox elektrik enerjisi daxil olub. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətinin məlumatında deyilir. Bu göstərici ötən ilin analoji dövründən 2,5 mln kVt çoxdur.

2006-cı ilin martında İrandan NMR-ə 61,6 mln kVt, Türkiyədən - 39,1 mln kVt elekrtik enerjisi tədarük olunub. "Araz" SES-də - 8,6 mln kVt elektrik enerjisi istehsal olunub. Naxçıvanda yeni tikilən qaz-turbin elektrik stansiyasından enerji sisteminə təxminən 590 min kVt enerji daxil olub. Qeyd edək ki, bu stansiyadakı iki enerji blokunda sınaq əməliyyatları aparılır.

Xəbər lenti

Xəbər lenti