...

Şahdəniz sualtı boru kəmərlərinin çəkilişi tamamlanıb

Energetika Materials 7 Aprel 2006 12:45 (UTC +04:00)

BP Şahdəniz qaz və kondensat yatağının işlənməsi layihəsinin operatoru olaraq "Mərhələ 1" sualtı boru kəmərlərinin çəkilməsi işlərini uğurla tamamlayıb. Bu iş keçən ilin sentyabrında başlanıb.

Trend in xəbər verdiyi kimi, bu barədə BP-nin press-relizində deyilir.

Şahdəniz sualtı boru kəmərlərinin çəkilməsi proqramı hər birinin uzunluğu 90 kilometr olan üç boru kəmərinin - 26 düymlük qaz kəmərinin, 12 düymlük kondensat kəmərinin və 4 düymlük monoetilen qlikol kəmərinin çəkilməsindən ibarətdir.

Bu boru çəkilişi proqramı bundan əvvəl Azəri-Çıraq-Günəşli (AÇG) sualtı boru kəmərlərinin çəkilişi əməliyyatları üçün uyğunlaşdırılmış və modernləşdirilmiş "İsrafil Hüseynov" borudüzmə barjından istifadə edilib. Boru kəmərinin çəkilişi üzrə podratçı MakDermott Kaspian Kontraktorz, İnk. şirkəti olub.

Boru çəkilişi zamanı istifadə olunan borular burada, Azərbaycanda örtüklənib.

Bundan əlavə, təchizat bazaları, borudüzmə barjı və bir neçə köməkçi təchizat gəmisi daxil olmaqla çoxlu sayda yerli infrastrukturdan istifadə olunub.

2006-cı ildə Şahdəniz Mərhələ 1 layihəsi üzrə aşağıdakı işlərin həyata keçirilməsi gözlənilir:

TPG500 platformasının dənizə yola salınması və dənizdə quraşdırılması - 2-ci rüb;

Terminalda Şahdəniz hissəsinin mexaniki tamamlanması- 2-ci rüb;

Səngəçal terminalından Cənubi Qafqaz Boru Kəmərinin istismar sınaqlarına başlanması - 2-ci rüb;

BOTAŞ, Gürcüstan və "Azəriqaz" qaz təhvili obyektlərinin birləşdirilmə işlərinin tamamlanması - 3-cü rüb;

Cənubi Qafqaz Boru Kəmərinin ilk qazı qəbul etməyə hazır olması - 3-cü rüb;

TPG500 pplatformasının dənizdəki istismar sınaqlarının tamamlanması - 3-cü rüb;

Cənubi Qafqaz Boru Kəmərinin ilk nefti qəbul etməyə hazır olması - 3-cü rüb;

SDX-04 qiymətləndirmə quyusunun tamamlanması - 4-cü rüb.

Xəbər lenti

Xəbər lenti