...

Qazaxıstanın baş naziri BTC layihəsinə qoşulmaq məsələsini gündəlikdə saxlayır

Energetika Materials 22 May 2006 17:31 (UTC +04:00)

Qazaxıstan neftinin BTC kəmərilə nəqli üçün lazım olan iqtisadi və hüquqi bazanın yaradılması məqsədi daşıyan Azərbaycan-Qazaxıstan hökumətlərarası və nəqliyyat sazişləri eyni zamanda hazırlanır və çox ehtimal ki, bir-birinin ardınca imzalanacaq. Trend in Qazaxıstandakı xüsusi müxbiriin verdiyi məlumata əsasən, bu barədə "Kazmunayqaz" neft şirkətindən bildirilib.

Qazaxıstan hökümətindən bildirilib ki, baş nazir Danial Axmetov BTC məsələsini diqqət mərkəzində saxlayıb və hazırda sazişin anlaşılmaz hissələri üzərində iş gedir.

İlk mərhələdə tankerlər vasitəsilə çatdırılacaq Qazaxıstan netfinin həcmi ildə 7-8 mln. ton olacaq. Bu həcm 20 mln. tona çatdıqda, Aktau-Bakı kəmərinin tikintisini müzakirə etmək mümkün olacaq" - deyə "Kazmunayqaz"da vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti