...

2006-cı ilin yanvar-may aylarında ARDNŞ 54 min metrdən çox qazıb

Energetika Materials 5 İyun 2006 16:04 (UTC +04:00)

2006-cı ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkəti 54 259 metr qazıb. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-dən məlumat verilib. Bu rəqəm proqnozdan 2 736 metr çox, ötən ilə olan göstərici ilə müqayisədə isə 5 229 metr azdır. 2006-cı ilin mayında yataqlarda 15 068 metr qazılıb.

Bu ilin 5 ayı ərzində istismar qazmanın həcmi 54 009 metr təşkil edib. Bu, həmin dövrə olan proqnozdan 3 086 metr çox, ötən illə müqayisədə isə 5 119 metr azdır. May ayında istismar qazma 15 068 metr təşkil edib.

Yanvar-may ayları ərzində kəşfiyyat qazma 250 metrə bərabər olub. Ancaq həmin dövrdə 600 metrin qazılması planlaşdırılırdı. Bu, ötən illə müqayisədə 110 metr azdır. May ayında kəşfiyyat qazma işləri həyata keçirilməyib.

Xəbər lenti

Xəbər lenti