...

Gürcüstan "Şahdəniz" qazının Türkiyənin payına düşən hissəsini ala bilər

Energetika Materials 7 İyun 2006 13:50 (UTC +04:00)

Gürcüstan Azərbaycandan ölkəyə qaz tədarükü həcminin artırılması məsələsi üzrə Azərbaycan və Türkiyə ilə danışıqları davam etdirir. Trend in verdiyi xəbərə görə, bu barədə bu gün Bakıda Gürcüstan enregetika nazirinin müavini İsaak Novruzov bildirib.

Bu il "Şahdəniz" yatağından 850 milyon kubmetr qaz hasil ediləcək. Bu qazın 300 milyon kubmetrini Azərbaycan, 500 milyon kubmetrini Türkiyə, 50 milyon kubmetrini isə Gürcüstan alacaq.

Nazir müavini deyib: "Gürcüstan Türkiyəyə veriləcək qazın bir hissəsinin ona verilə biləcəyi hesabına bu həcmi artırmaq niyyətindədir". Əgər boru kəmərinin Türkiyəyə düşən hissəsi bu qazın qəbuluna hazır olmasa, o zaman bu hissə Gürcüstana verilə bilər. O deyib: "İndi danışıqlar gedir".

Elektrik enerjisi əməliyyatları məsələsinə gəldikdə isə, İ.Novruzov deyib ki, razılığa görə Gürcüstan 2006-cı il sentyabr ayına qədər elektrik enerjisindən qalan borcları Azərbaycana qaytarmalıdır. O bildirib: "Yay mövsümündə Gürcüstanda artıq enerji olur və bu enerji 15 milyon kVt/s həcmində borc qismində qaytarılacaq".

Qeyd edək ki, Azərenerji SC nümayəndələri əvvəl bildiriblər ki, Azərbaycanda qış dövründə elektrik enerjisi çatışmazlığı olduğuna görə, SC Gürcüstanın ona olan borcunu məhz bu dövrdə almaq istəyir.

Xəbər lenti

Xəbər lenti