...

Ceyhanda BTC layihəsinin açılış mərasiminin hazırlıqları başa çatır

Energetika Materials 4 İyul 2006 16:04 (UTC +04:00)

Bakı-Tbilisi -Ceyhan (BTC) boru kəmərinin açılış mərasiminin hazırlıq tədbirləri, demək olar ki, başa çatıb. Trend in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, artıq "Ceyhan" terminalında 280 nəfərlik çadır quraşdırılıb, üçü beynəlxalq səviyyəyə malik altı təşkilatçı şirkət isə mərasim iştirakçılarına şərait yaratmaq üçün maksimum səy göstərirlər.

Çadır BP şirkəti tərəfindən Böyük Britaniyadan gətirilib və bütün yeni texnikalarla təchiz olunub.

Ceyhan bələdiyyəsinin rəhbəri Ayxan Boyacının qeyd etdiyi kimi, çadırın yanında informasiya mərkəzi quraşdırılıb, 40 kilometrlik Ceyhan-Adana yolu da beynəlxalq standartlarla uyğunlaşdırılıb. Adana şəhərindəki bütün mehmanxanalar tamamilə tutulub.

Xatırladaq ki, mərasim cümə axşamı, iyulun 13-də olacaq.

Xəbər lenti

Xəbər lenti