...

"Azəriqaz" abunəçilər üçün elan edib

Energetika Materials 5 İyul 2006 19:36 (UTC +04:00)

"Azəriqaz" SC əhalinin nəzərinə çatdırır ki, son vaxtlar bir sıra şəxslərin özlərini rayon qaz kontorunun əməkdaşı kimi qələmə verərək qaz pulu yığması faktı aşkarlanıb.

Trend agentliyinin məlumatına əsasən, "Azəriqaz" bütün abunəçilərin diqqətinə çatdırır ki, istifadə olunmuş qaza görə ödəniş yalnız bank və ya poçt şöbəsi vasitəsilə həyata keçirilməlidir. Ödənişlərin başqa yolla həyata keçirilməsi qəti qadağandır. Bütün faktlar üzrə abunəçilər 490 - 42- 77 nömrəsilə Kamandar Eyvazova müraciət edə bilər.

SC ilin sonuna qədər qaz pulunun yığım səviyyəsini maksimal həddə çatdırmaq niyyətindədir. Yanvarda bu rəqəm 16% təşkil edib. Hazırda isə həmin göstərici 40%-ə qədər artıb. Buna qaz pulunu ödəməyənlərin qazının kəsilməsi vasitəsilə nail olunub. Bu proses problemin tam həll edilməsinədək davam edəcək.

Xəbər lenti

Xəbər lenti