...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 6 İyul 2006 13:31 (UTC +04:00)

İyulun 5-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $71,61 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,18 artıb). Neft Ceyhan limanına BTC boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, iyulun 5-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $72,90 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,22 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyulun 5-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $66,62 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,31 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

İyulun 5-də bir barel DTD neftinin qiyməti $72,64 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,03 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

Xəbər lenti

Xəbər lenti