Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin rəsmi açılış mərasimində iştirak edəcək şəxslərin siyahısı dəqiqləşdirilib. Trend in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Türkiyə XİN-in informasiya idarəsindən bildiriblər ki, iyulun 13-də Ceyhanda 45-dən çox prezident, dünyanın 30 dövlətinin XİN başçısı və energetika nazirləri iştirak edəcək.
O cümlədən, Heydər Əliyev adına terminala Gürcüstan və Azərbaycan prezidentləri, ABŞ energetika nazirinin yardımçısı (J.C. Shell), ABŞ dövlət katibi müavininin yardımçısı Stiven Mənn, ABŞ energetika nazirinin ikinci yardımçısı Karen Xalbert (Karen Alderman Harbert), ABŞ Dövlət departamentinin nümayəndəsi Daniel Sallivan (Daniel Sullivan) gələcəklər.
Rusiya prezidenti Vladimir Putinin burada iştirak edəcəyi məsələsi hələ də açıq qalıb.
Bununla yanaşı, iştirakçıların dəqiqləşdirilmiş siyahısına Böyük Britaniya baş nazirinin yardımçısı Con Preskot (John Prescott), xarici əlaqələr naziri Kristina Lafarje (Christine Lagarde), Şimali Kipr Türk Respublikasının (ŞKTR) baş naziri Ferdi Sabit Soyer, ŞKTR XİN başçısı Sərdar Denktaş, İslam Konfransı Təşkilatının baş katibi Ekmeleddin İhsanoğlu, Serbiyanın energetika naziri Radomir Naumov, Serbiyanın neft, qaz, mədən və energetika naziri Slobodan Sokoloviç, Albaniyanın ticarət və energetika naziri Qenç Ruli, Səudiyyə Ərəbistanının neft və mədən ehtiyatları naziri Əli Əl-Naimi, Yunanıstanın inkişaf naziri Dimitris Siufas, Yəmənin neft və mədən naziri Xalid Mahfudh Bahah (Khalid Mahfoudh Bahah), İsrailin milli infrastruktur naziri Benjamin Ben Yelizer, beynəlxalq enerji forumunun nümayəndəsi Arne Volzer (Arne Walther), Estoniyanın XİN başçısı Urmas Payet, İordaniyanın energetika naziri Əzmi Mohd Mustafa, energetika məsələləri üzrə məsul şəxs, Avropa Komissiyasının komissarı Andris Piyebalqs, Energetika xartiyasının baş katibi Andre Marnyer, Mərakeşin energetika və mədən naziri Məhəmməd Boyetaleb, Suriyanın neft və mədən naziri Sufyan Əl-Alao, İtaliyanın iqtisadi inkişaf naziri, energetika üzrə məsul şəxs Pyer Luidji Bersani, Nigeriyanın dövlət naziri Əhməd Əbdülhəmid, Polşanın iqtisadiyyat naziri Pyetr Voznyak (Piotr Grzegorz Wozniak), Gürcüstanın XİN başçısı Qela Bejuaşvili, Güncüstanın energetika naziri Nika Qilauri, Litvanın XİN başçısı Antanas Valionis, Omanın neft və qaz naziri Məhəmməd bin Həməd əl Rohmi, Qırğızıstanın baş nazirinin müavini Daniyar Usenov, Sudanın energetika və mədən naziri Avad Əhməd Əl Caz, Moldovanın sənaye və infrastruktur naziri Vladimir Antosii, Avstriyanın iqtisadiyyat və əmək federal naziri Martin Bartensşteyn, Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, maliyyə naziri Samir Şərifov, Azərbaycan prezidentinin energetika məsələləri üzrə yardımçısı Əli Əsədov, Çexiyanın XİN başçısının birinci yardımçısı Yaroslav Basta, Qaz
axıstanın energetika və mineral resurslar naziri Baxtikoja İzmuxametov, Pakistanın energetika və təbii sərvətlər naziri Amanullah Xan və Jadun və digər şəxslər daxildir.