...

Avropa İttifaqı BTC layihəsinin həyata keçirilməsindən razı qaldığını bildirib

Energetika Materials 12 İyul 2006 16:47 (UTC +04:00)

Bakı-Tbilisi -Ceyhan neft kəməri Avropa ölkələrinə alternativ enerji ehtiyatı mənbəyini təqdim edərək, ən lazımi vaxtda tikilib. Trend in verdiyi xəbərə görə, bu barədə Avropa komissiyasının (AK) üzvü, energetika məsələləri üzrə məsul şəxs Andris Piebalqs (Andris Piebalgs) bəyan edib.

"Vaxtilə "böyük layihə"nin reallaşması qeyri-mümkün görünürdü, lakin artıq bu gün BTC neft kəməri Avropa İttifaqına yeni güc verir", - deyə Andris Piebalqs bildirib və əlavə edib ki, Moskvanın bu məsələ üzrə öz mövqeyini bildirməsini səbirsizliklə gözləyir.

"BTC sübut etdi ki, alıcılar və istehsalçılar güclərini birləşdirib, bütün bazarın rifahı üçün lazımi infrastrukturu yarada bilər", - deyə AK -nin komissarı qeyd edib və bu layihədə öz gücünü əsirgəməyən insanlara görə iftixar hissi keçirdiyini vurğulayıb.

A.Piebalqs həmçinin enerji daşıyıcılarının uzaq məsafəyə təhlükəsiz nəqli üzrə mövzuya toxunub. Onun sözlərinə görə, BTC bu cür problemlərin həlli üçün bir nümunədir.

O, həmçinin Qazaxıstanın bu layihədə iştirak etmək barədə qərarından məmnun olduğunu bildirib. "Düşünürəm ki, yeni regional qaz layihələrinin hazırlanması və həyata keçirilməsinin vaxtı çatıb", - deyə Andris Piebalqs vurğulayıb.

Xəbər lenti

Xəbər lenti