...

Sumqayıtda yarımstansiyalardan birinin inşası üzrə işlərin 90%-i yerinə yetirilib

Energetika Materials 17 İyul 2006 14:48 (UTC +04:00)

Hazırda Sumqayıt elektrik stansiyasında buxar-qaz qurğusunun inşası çərçivəsində 220 kilovoltluq yarımstansiyanın tikintisi üzrə işlərin 90%-i yerinə yetirilib. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib.

110 kilovoltluq digər yarımstansiyada işlər 30% yerinə yetirilib. Hazırda stansiyaya avadanlıq konteynerləri daxil olur.

Buxar-qaz qurğusunun inşa layihəsinin dəyəri 257 mln avrodur. Layihənin maliyyələşdirilməsinə dair saziş Bayern LB bank (Almaniya), Societe de General (Fransa) və BNP Paribas (Fransa) şirkətləri ilə imzalanıb. Hər üç bank tərəfindən kredit Libor +0,55%-lə 15 il (ilk 3 il güzəştlidir) müddətinə ayrılır. Bu layihə çərçivəsində 107 km yüksək voltlu elektrik ötürücü xətlərinin inşası da nəzərdə tutulur. Bundan başqa elektrik stansiyasına qazın verilməsi üçün qaz kəməri çəkiləcək. Layihənin dəyəri 30 mln. avrodur.

"Azərenerji" SC Almaniyanın Siemens şirkəti ilə Sumqayıtda buxar-qaz elektrik stansiyasının inşasına dair saziş imzalayıb. Müqavilədə Sumqayıt elektrik stansiyası ərazisində 506 MVt gücündə buxar-qaz qurğusunun inşası nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti