2006-cı ilin iyul ayı ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Bakı-Supsa "qərb" boru kəməri vasitəsilə 626 min 528 ton neft nəql edib. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Ötən yeddi ay ərzində isə bu kəmərlə 4 milyon 168 min 658 ton neft nəql olunub. Qeyd edək ki, cari ilin iyul ayında 664 min 078 ton neft dünya bazarlarına çıxarılıb. İxracın əvvəlindən Bakı-Supsa kəməri ilə 44 milyon 94 min 398 ton ABƏŞ nefti nəql olunub.