...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 24 Avqust 2006 13:17 (UTC +04:00)

Avqustun 23-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $70,40 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,09 aşağı düşüb). Neft Ceyhan limanına Bakı-Tbilisi- Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, avqustun 23-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $72,00 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,09 aşağı düşüb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Avqustun 23-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $64,70 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,89 aşağı düşüb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8%-ə qədərdir.

Avqustun 23-də bir barel DTD neftinin qiyməti $70,66 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,24 aşağı düşüb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.

Xəbər lenti

Xəbər lenti