...

Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı neft nəqli üçün yeni marşrutun yaradılması imkanları müzakirə olunacaq

Energetika Materials 1 Sentyabr 2006 20:55 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenkonun sentyabrın 7-8-də Azərbaycana baş tutacaq səfəri zamanı Xəzər neftinin yeni nəql marşrutunun yaradılması imkanları müzakirə olunacaq.

Trend in Ukraynadakı xüsusi müxbiri xəbər verir ki, bu barədə bu gün mətbuat konfransında prezidentin mətbuat katibi İrina Geraşenko məlumat verib.

Onun sözlərinə görə, səfər zamanı ticari-iqtisadi sahədə əməkdaşlıq, eləcə də enerji təhlükəsizliyi və enerji layihələri mövzusunda müzakirələr aparılacaq.

İ. Geraşenkonun bildirdiyi kimi, Ukrayna prezidentinin qənaətinə görə, hər iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri Xəzər neftinin nəqli üçün "Bakı-Supsa-Odessa-Brodı-Plotsk" yeni marşrutunun yaradılmasıdır.

Mətbuat katibinin sözlərinə görə, V. Yuşenko Azərbaycan prezidenti İlham Əliyevlə, hökumət və Milli Məclis rəhbərliyi ilə görüşlər keçirəcək.

Sentyabrın 8-də V. Yuşenko Bakı Slavyan Universitetinə baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti