Sentyabrın 19-da bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $63,10 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,05 artıb). Neft Ceyhan limanına Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.
Trend in xəbər verdiyi kimi, sentyabrın 19-da bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $63,96 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,05 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.
Sentyabrın 19-da bir barel URAL (EX-NOIO) neftinin qiyməti $59,19 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,16 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8%-ə qədərdir.
Sentyabrın 19-da bir barel DTD neftinin qiyməti $62,55 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,07 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.
"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.