...

"Azeri Drilling Company Ltd" avadanlıqların toplanmasını başa çatdırır

Energetika Materials 23 Sentyabr 2006 13:53 (UTC +04:00)

"Azeri Drilling Company Ltd" birgə müəssisəsi "8 Mart" yatağında qazacağı birinci quyu üçün avadanlıqların toplanmasını başa çatdırıb. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Şirkət quyunun qazılmasına sentyabrın sonunda başlayacaq. Qazma işləri "8 Mart" yatağındakı 759 №-li dərinsulu özüldən həyata keçiriləcək, - deyə ARDNŞ-dən bildiriblər. Quyunun dərinliyi 5 800 metr olacaq.

Bir qədər əvvəl "Azeri Drilling Company Ltd" qaz quyularının qazılması üçün lazım olan avadanlıq və materialların alınması üzrə tender elan etmişdi. Trend in xəbər verdiyi kimi, təkliflərin qəbuluna 2006-cı ilin oktyabrın 2-dən başlanacaq və onlar bu ilin oktyabrın 3-də açılacaq.

Adıçəkilən BM-in təsisçiləri Azərbaycan Dövlət Neft Şirkəti (35 %), Panama Respublikasında qeydiyyatdan keçmiş "Target Petroleum Azerbaijan Corporation" (35 %) və Şotlandiyanın "First Drilling Limited" (30%) şirkətidir.

Neft və qaz quyularının qazılması (o cümlədən həm horizontal, həm də xüsusi qazma), quyuların sementlənməsi və möhkəmləndirilməsi, mənimsəmə, əsaslı və yeraltı təmir, geofiziki tədqiqatlar və dəlik açma müəssisənin fəaliyyət dairəsinə daxildir.

BM-in əsas vəzifəsi ən müasir texnika və avdanlıqdan istifadə etməklə "8 Mart" və "Bulla-dəniz" yataqlarında dərin və çox dərin quyuların qazılmasıdır. Bu sahələrdə dərinliyi 6,5 min metrə yaxın olan 8 quyunun qazılması nəzərdə tutulub. Hazırda "8 Mart" yatağında üç platformanın (№730, №759 i №578) təmiri ürə təcili işlər həyata keçirilir. Bu özüllər üzərində yeni qazma dəzgahları quraşdırılacaq.

Xəbər lenti

Xəbər lenti