...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 28 Sentyabr 2006 15:17 (UTC +04:00)

Sentyabrın 27-də AZERI LT FOB Ceyhan neftinin qiyməti $58,66/barel təşkil edib, bu isə sentyabrın 26-dakı qiymətdən $0,69/barel azdır. Ötən çərşənbə günü AZERI LT FOB Ceyhan neftinin qiyməti $4,44/barel aşağı düşüb.

Trend xəbər verir ki, sentyabrın 27-də AZERI LT CIF Augusta neftinin qiyməti $59,77/barel təşkil edib, bu isə sentyabrın 26-dakı qiymətdən $0,71/barel azdır. Ötən çərşənbə günü AZERI LT CİF Augusta neftinin qiyməti $3,33/barel aşağı düşüb.

Azeri Light növlü neft BP-nin operatoru olduğu Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

Sentyabrın 27-də URAL (EX-NOVO) neftinin qiyməti $54,39/barel təşkil edib, bu isə sentyabrın 26-dakı qiymətdən $0,80/barel çoxdur. Ötən çərşənbə günü URAL (EX-NOVO) neftinin qiyməti $4,95/barel aşağı düşüb.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, URAL növlü nefti Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL nefti kimi satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

Sentyabrın 27-də DTD neftinin qiyməti $57,60/barel təşkil edib, bu isə sentyabrın 26-dakı qiymətdən $0,83/barel çoxdur. Ötən çərşənbə axşamı DTD neftinin qiyməti $4,95/barel aşağı düşüb. DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti