...

Rövnəq Abdullayev: SOCAR Energy Georgia Azərbaycanın neft məhsullarını Gürcüstan bazarında satacaq

Energetika Materials 6 Oktyabr 2006 12:02 (UTC +04:00)

Bu yaxınlarda ARDNŞ tərəfindən yaradılmış SOCAR Energy Georgia MMC Gürcüstanda neft məhsullarının satışı üzrə infrastrukturun yaradılması, YDS və orta ölçülü neft bazalarının inşası ilə məşğul olacaq. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın netf məhsulları bazarında Azərbaycan məhsulları 70% təşkil edir.

"Buna görə də biz bu ölkədə neft məhsullarımızın satışına başlamaq niyyətindəyik. Azərbaycanda istehsal olunan bütün neft məhsullarının (benzin, LPG, dizel yanacağı) satışı nəzərdə tutulur", - deyə o bildirib.

ARDNŞ rəhbəri qeyd edib ki, SOCAR Energy Georgia MMC-nin təsis sənədləri artıq hazırlanıb. "Hazırda əməkdaşların qəbul prosesi gedir. Gələn aydan yeni şirkət tender əsasında ölkədə neft məhsulları alacaq və Gürcüstana satacaq", - deyə o bildirib.

R.Abdullayev qeyd edib ki, SOCAR Energy Georgia bir neçə Gürcüstan şirkəti ilə birgə yaradılıb. Şirkətin səhmlərinin 51%-i ARDNŞ-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti