...

Bakı-Supsa kəməri ilə 45 mln. ton "Azeri Light" markalı neft ixrac olunub

Energetika Materials 7 Oktyabr 2006 15:08 (UTC +04:00)

Bakı-Supsa qərb ixrac boru kəməri marşrutunun istismarı dövründə bu kəmər vasitəsi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfdaşları tərəfindən 45,2 mln. ton neft göndərilib. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Yanvar-sentyabr aylarında Bakı-Supsa boru kəməri ilə (qərb marşrutu) 5,223 mln. ton neft ixrac olunub. 2005-ci ilin müvafiq döründə bu rəqəm 5,157 mln. ton təşkil edib.

2006-cı ilin sentyabrında ABƏŞ tərəfindən neft ixracı 1,972 mln. ton təşkil edib. Keçən ilin sentyabr ayında bu rəqəm 173mln. ton təşkil edib. Bakı-Supsa kəməri ilə sentyabr ayında 515,267 min ton neft icxrac olunub. 2005-ci ilin sentyabrında isə bu rəqəm 589,4 min ton olub.

2006-cı ilin yanvar-sentyabr aylarında ""Azəri-Çiraq-Cünəşli" dəniz blokunu mənimsəyən ABƏŞ müxtəlif istiqamətlərdə 14,603 mln. ton "Azeri Light" markalı neft ixrac edib ki, bu da keçən ilin analoji dövri ildə müqayisədə 7,603 mln. ton çoxdur.

Xəbər lenti

Xəbər lenti