...

ARDNŞ Supsadan Azərbaycanın yüngül neft partiyasının satışı üçün tenderi bağlı elan edib

Energetika Materials 13 Oktyabr 2006 12:40 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 1 mln. barel (135 min ton) Azeri Light markalı gəlir neftinin satışı üçün tenderi bağlı elan edib. ARDNŞ-dən Trend ə verilən xəbərə görə, tenderin qalibi Norveçin Statoil şirkəti olub. Partiyanın noyabrın 11-12-də Gürcüstanın Supsa limanından göndərilməsi nəzərdə tutulub.

Supsadan gəlirli Azərbaycan neftinin 80 min və 135 min ton həcmində əvvəlki iki partiyasını Addax treyderi alıb. Ondan əvvəl 135 min ton həcmində Azərbaycanın yüngül neft partiyasını may ayında ARDNŞ-dən Mitsubishi treyderi alıb.

Xəbər lenti

Xəbər lenti