...

Yanvar-sentyabr aylarında Azərbaycanın daxili bazarında 3 mln. tondan artıq neft məhsulu satılıb

Energetika Materials 14 Oktyabr 2006 12:04 (UTC +04:00)

2006-cı ilin yanvar -sentyabr ayları ərzində Azərbaycanın daxili bazarına təxminən 3,1 mln. ton neft məhsulu göndərilib. Trend xəbər verir ki, bu barədə ölkənin Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft məhsullarının ümumi həcmindən 511,5 min ton avtomobil benzinin payına düşüb, bu isə 2005-ci ilin analoji dövründən 16,1% çoxdur. Azərbaycanın daxili bazarında A-92 markalı 1 ton avtomobil benzininin topdan satış qiyməti (təchizat xərcləri və ƏDV nəzərə almaqla) 432,30 AZN, A-96 markasının topdan satış qiyməti isə - 484,70 AZN təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı ilin yanvar-sentyabr ayları ərzində Azpetrol şirkəti satış üçün 279,7 min ton, LUKoil şirkəti isə - 105,8 min ton avtomobil benzini alıb.

Yanvar-sentyabr aylarında daxili bazarda 534,9 min ton dizel yanacağı satılıb və bu, 2005-ci ilin yanvar-sentyabr aylarından 1,8% azdır. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının topdan satış qiyməti (təchizat xərcləri və ƏDV nəzərə almaqla) 397,46 AZN təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı ilin yanvar-sentyabr ayları ərzində Azpetrol şirkəti 208,6 min ton, LUKoil şirkəti- 71,14 min ton, Xəzər dəniz gəmiçiliyi isə -17,65 min ton dizel yanacağı alıb. Xəzər dəniz gəmiçiliyi həmçinin 49,8 min ton motor yanacağı və 1,46 min ton motor yağı alıb.

Daxili bazarda ən çox yanacaq mazutu satılıb. Bu ilin yanvar-sentyabr aylarında 1464,7 min ton mazut satılıb və bu, 2005-ci ilin yanvar-sentyabr aylarından 22,6% azdır. Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutunun topdan satış qiyməti (təchizat xərcləri və ƏDV nəzərə almaqla) 77,88 AZN təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr ayları ərzində Azərenerji SC 963,7 min ton, "Heydər Əliyev adına" NEZ isə -414,5 min ton yanacaq mazutu alıb.

Yanvar-sentyabr aylarında 380,9 min ton təyyarə yanacağı satılıb və bu, 2005-ci ilin analoji dövründən 9,3% azdır. Azərbaycanın daxili bazarında 1 ton təyyarə yanacağının topdan satış qiyməti (təchizat xərcləri və ƏDV nəzərə almaqla) 411,68 AZN təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr ayları ərzində AZAL DK - 354,2 min ton, qalan müəssisələr isə -26,6 min ton təyyarə yanacağı alıb.

Bu dövr ərzində daxili bazarda 102,9 min ton neft bitumu satılıb, bu isə 2005-ci ilin yanvar-sentyabr aylarından 47,9% çoxdur. Azərbaycanın daxili bazarında 1 ton BN 60/90 bitumunun topdan satış qiyməti (təchizat xərcləri və ƏDV nəzərə almaqla) 108,90 AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti