...

Nazir: KNOC Azərbaycanın "İnam" dəniz layihəsi ilə maraqlanır

Energetika Materials 25 Oktyabr 2006 16:22 (UTC +04:00)

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin bu yaxınlarda Koreyaya səfəri zamanı Koreya milli neft korporasiyasının (KNOC) "İnam" perspektiv struktur layihəsində iştirakı ilə bağlı məsələ müzakirə edilib. Trend xəbər verdiyi kimi, nazir bu gün bildirib ki, Koreya tərəfi bu layihə ilə çox maraqlanır.

Onun sözlərinə görə, məsələni həll etmək üçün bütün irəli gələn məsələləri həll edəcək daimi işçi qrupunun yaradılması labüddür.

Nazirin qeyd etdiyi kimi, Koreya tərəfi həmçinin Azərbaycan ərazisində digər yataqların işlənməsində iştirak etmək arzusundadır.

Lakin bu maraqlar Koreya şirkətlərinin respublikanın neft-qaz yataqlarının işlənməsində iştirakının ikinci mərhələsi çərçivəsində nəzərdən keçirilə bilər. N.Əliyev qeyd edib ki, əvvəlcə "İnam" strukturu üzrə məsələni həll etmək lazımdır.

Xəbər lenti

Xəbər lenti