...

ARDNŞ "Türkan" perspektiv sahəsində kəşfiyyat quyuları qazacaq

Energetika Materials 27 Oktyabr 2006 12:20 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti "Türkan" perspektiv sahəsində iki kəşfiyyat quyusunun qazılması imkanlarını nəzərdən keçirir. Trend in xəbər verdiyi kimi, bu barədə "Azneft" İB-nin baş geoloqu Akif Nərimanov məlumat verib.

Onun sözlərinə görə, keçən əsrin ortalarında bu sahədə iki məhsuldar quyu qazılıb. Kəşfiyyat quyularının gələn il qazılması nəzərdə tutulur. Artıq bu istiqamətdə işlərə başlanılıb. Bir quyunun 3400, digərinin isə 4200 metr dərinlikdə qazılması planlaşdırılır. Bu yataqdakı quyulardan gözlənilən təxmini debit 40-50 ton təşkil edir. Ehiyatların qiymətləndirilməsi kəşfiyyat işləri başa çatdıqdan sonra həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti