Azərbaycanın Sənaye və Energetika Nazirliyində respublikada sənayenin inkişaf perspektivlərinə həsr olunmuş iclas keçirilib. Trend in xəbər verdiyi kimi, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Əsas müzakirə mövzularından biri də sənayenin inkişafı üzrə dövlət proqramının hazırlanması ilə bağlı olub. Müşavirədə iri müəssisə, elmi-tədqiqat institutları və təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
Sənaye və energetika nazirinin müavini Q.Cavadov əsas məruzə ilə çıxış edib.
Görüş iştirakçıları mövcud problemlər və onların həlli yolları, müəssisələrin inkişaf istiqamətləri, yeni texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparıb. Sənayenin inkişafı üzrə dövlət proqramının hazırlanması üçün mühüm təkliflərin nazirliyə təqdim olunmasına dair qərar qəbul olunub.