...

Azərbaycan və Rusiya 2006-cı ilin sonuna kimi elektrik enerjisinin tədarükünə dair razılıq əldə ediblər

Energetika Materials 1 Dekabr 2006 16:38 (UTC +04:00)

Azərbaycan Rusiya ilə ilin sonuna kimi elektrik enerjisinin tədarükünə dair razılığın əldə olunmasına nail olub. Əvvəllər əldə olunmuş şərtlərə əsasən əməkdaşlıq 2006-cı ilin sonuna kimi davam edəcək. Trend -in məlumatına görə, bu haqda "Azərenerji" səhmdar cəmiyyətinin vitse prezidenti Marlen Əsgərovun məlumatına istinadən cəmiyyətin mətbuat xidmətindən bildiriblər.

M.Əsgərovun sözlərinə görə, Rusiya ilə danışıqlar zamanı Rusiyadan elektrik enerjisi idxalının azalması və ya təmamilə dayandırılması və tariflərin artırılması müzakirə olunub. 2007-ci ildə qarşılıqlı fəaliyyət məsələsi yaxın vaxtlarda Bakıda müzakirə olunacaq.

"Azərenerji" səhmdar cəmiyyətinin prezidenti Etibar Pirverdiyevin əvvəllər də qeyd etdiyi kimi 2007-ci ildə Azərbaycan Rusiyadan 700 milyon kVt/s elektrik enerjisi almaq niyyətindədir.

Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycana elektrik enerjisinin tədarükünü bu ildə əhəmiyyətli dərəcədə azaldacaq. Əgər əvvəllər qış mövsümü gecə pik saatlarında elektrik enerjisinin tədarükü 300MVt təşkil edirdisə, gələn il bu göstərici 60 MVt-ı keçməyəcək. "Azərenerji"-nin rəhbəri qeyd edib ki, əgər Rusiya tərəfi hər ay 100kVt/s elektrik enerjisi ötürürdüsə, gələn il hər ay üçün bu həcm 30kVt/s-a kimi azalacaq.

Bundan əlavə, Rusiya tədarük edəcəyi elektrik enerjisinə görə tariflərin artırılaraq 1 kVt/s üçün 4,1 sent edəcəyi müraciəti ilə çıxış edib. Noyabrın 30-na kimi Azərbaycan Rusiyaya elektrik enerjisini gecə vaxtlarında 1 kVt/s üçün 1,6 sent olmaqla 350 milyon kVt/s həcmində satacaq. Rusiya tərəfi öz növbəsində Azərbaycana gündüz saatlarında 1 kVt/s-ı 3,636 sent olmaqla gündüz vaxtlarında 1 milyard kVt/s tədarük edəcək.

Keçən il ərzində Rusiyadan Azərbaycana 1 milyard 033kVt/saat elektrik enerjisi ötürülüb. Tədarüklər 1 kVt/s üçün 2,8 sent məbləğində həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti