...

Baş nazir: Rusiya Azərbaycanın ölkəni sərbəst şəkildə qazla təmin edə biləcəyinə əsaslanır

Energetika Materials 4 Dekabr 2006 18:00 (UTC +04:00)

Rusiya Azərbaycanın ölkəni sərbəst şəkildə qazla təmin edə biləcəyinə əsaslanır. Bu barədə RF baş naziri Mixail Fradkov azərbaycanlı həmkarı ilə danışıqlardan sonra jurnalistlər qarşısında çıxış edərkən bildirib. Bu barədə Trend RBK-ya istinadən məlumat verir.

"Lakin bu, bu sahədə əməkdaşlığın müxtəlif imkanlarının olmasını istisna etmir", - deyə M.Fradkov bildirib.

O izah edib ki, tərəflər üçüncü ölkələr bazarında əməkdaşlıq, eləcə də Azərbaycanın yeraltı anbarlarından istifadə imkanlarını nəzərdən keçirirlər.

"Yeni imkanlar əməkdaşlığımızın potensialını məhdudlaşdırmır, əksinə artırır", - deyə o qeyd edib.

Noyabr ayının sonunda "Qazprom" ASC rəsmi şəkildə bildirib ki, 2007-ci ildə Azərbaycana qaz tədarüklərini 4,5 mlrd. kubmetrdən 1,5 mlrd. kubmetrə qədər azaltmağı planlaşdırır. Qaz holdinqinin nümayəndəsi Sergey Kupriyanovun sözlərinə görə, "Rusiyadan tədarük zamanı qiymətlərin artmasını, eləcə də respublikada hasilatın xeyli artmasını nəzərə alaraq, göstərilən həcm Azərbaycanın idxal qazına olan tələbatını tamamilə təmin etmək imkanı verəcək".

Xəbər lenti

Xəbər lenti