...

Ukrayna Azərbaycana Odessa-Brodı layihəsi çərçivəsində beynəlxalq konsorsiumda iştiak etməyi təklif edib

Energetika Materials 26 Dekabr 2006 19:48 (UTC +04:00)

Bu gün Bakıda Azərbaycan və Ukrayna hökümətləri başçıları Odessa-Brodı neft kəmərinin tikintisi layihəsi barədə danışıqları davam etdiriblər. Bu barədə Trend xəbər verib. Müzakirələr Ukraynanın baş naziri Viktor Yanukoviçin Azərbaycana birgünlük səfəri çərçivəsində keçirilib.

"Bu, çox sərfəli layihədir və hazırda biz bu layihənin detallarını və Azərbaycan, Rusiya, Qazaxıstan və Ukraynanın iştirak edəcəyi beynəlxalq konsorsiumun yaradılmasını müzakirə edirik. Belə konsorsium ola bilər və o realdır"-deyə V.Yanukoviç jurnalistlərlə söhbətində qeyd edib. Məlum təklif yaxın vaxtlarda Azərbaycan, Qazaxıstan ərazisindən neft hasilatı həcminin artması barədə proqnozlardan qaynaqlanır.

"Biz Ukrayna ərazisində və Avropa şurasıının yaxın sərhədlərində neft emalı gücünün mümkün inkişafını, nəqliyyat və tikinti məsələlərini birgə işləməyə hazırıq"-deyə V.Yanukoviç qeyd edib.

Xəbər lenti

Xəbər lenti